P hərfi ilə başlayan fəlsəfə terminləri

PANTEİZM — Tüm Tanrıcılık Vücüdiyye: Allah ilə aləmi bir və eyni sayan fəlsəfi sənətlərin adı.

PERİPATETİZM — Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.

Davamı →

Q hərfi ilə başlayan fəlsəfə terminləri

QABİLİYYƏT — geniş mənada fərdin davranışını tənzim edən və onun həyat fəaliyyətini şərtləndirən psixi xüsusiyyəti.

QAVRAYIŞ — hər hansı bir dərk edilənin mahiyyətinin birbaşa qavranılması. Kantda isə idrak növlərinin eyni bir məcrada birləşməsinə deyilirdi. Maddi aləmin hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proseslərinin xarici struktur xüsusiyyətlərinin hissi obrazı.

Davamı →

Ö hərfi ilə başlayan fəlsəfə terminləri

ÖZLƏŞMƏ — insan fəaliyyəti məhsullarının, həmçinin insanın xassələrinin və qabiliyyətlərinin insanlardan asılı olmayan və onlara hakim kəsilmiş olan nə isə bir şeyə çevrilməsi prosesini və bu çevrilmənin nəticələri.

ÖZHƏRƏKƏT — mənbəyi, səbəbi hərəkət edən şeyin özündə olan hərəkət.

ÖZGƏLİK - başqalarının yaxşılığını yaşamaq və mənimsəmək ideyasını ehtiva edən görüş.

ÖZÜNDƏNLİK — xaricdən bir təyinatla deyil, öz-özünə olan təsirlilik, birbaşa öz daxili ehtimalıyla təsirli olma qabiliyyəti.

Özündə şey — bilən öznədən, şüurdan asılı olmayaraq öz başına var olan, təcrübənin xaricində olan şey. Bu mənada Aristoteldə və sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda — nomenlə eyni mənalı düşüncədən asılı olmayaraq var olan.

ÖLÜM - orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.

ÖLÇÜ — predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.

ÖNGÖRMƏ — əsaslandırılmayan və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilinməyənin, xüsusilədə gələcəklə əlaqəli olanın əvvəldən hiss edilməsi, doğru kimi hesab edilməsi.

 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

 
Davamı →

L hərfi ilə başlayan fəlsəfə terminləri

LAQEYDLİK — müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç bir reaksiya verməmək.

LƏYAQƏT — şəxsiyyətin nüfuzu haqqında təsəvvürü ifadə edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya.

LİBERLİZM — cəryanı fransız maarifçiləri və filosofları (J.J.Russo, Didro, Lametri ), ingilis filosofları (C.Lokk, T. Hobbs) və utopik sosialistlərin yaradıcılığında yer almış “təbii hüquq” nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı “ictimai müqavilə” təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki, insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.

Davamı →

Fəlsəfə terminləri (H-R)

H


HAKİMİYYƏT – cəmiyyətin siyasi təşkilinin əsas funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini əlaqələndirməklə insanların hərəkətini idarə etmək üçün, inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe etməkdə real imkana malik nüfuzlu qüvvə.
HAQQ (ing. Real; ər. كمح) – sözünün lüğət mənası ―dəyişməz‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy- yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
Davamı →